Xəbərlər

  • Yenilənib 17.01.2020 17:14
  • Yaradılıb 17.01.2020 17:00

“Beynəlxalq Yaşıl Həftə 2020” sərgisi başlayıb

 

Bu gün Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə” (“International Green Week”) sərgisi öz işinə başlayıb.

Yanvarın 26-dək davam edəcək sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, şərab və digər spirtli içki istehsalı, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 11 Azərbaycan şirkəti 180-dək çeşiddə məhsulunu “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.

Qeyd edək ki, 70-dən çox ölkədən 1500-dən çox şirkətin iştirak etdiyi və Avropanın ən iri sərgisi hesab olunan “Beynəlxalq Yaşıl Həftə" sərgisində Azərbaycan 12-ci dəfə təmsil olunur.

← Geriyə