Sahibkarlığa dəstək

  • Yenilənib 05.05.2021 16:06
  • Yaradılıb 25.09.2012 07:42

Çağrı Mərkəzi

 

Sahibkarlığın inkişafına dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsini gücləndirmək, sahibkarlara dövlət dəstəyi tədbirlərinin   səmərəsini   yüksəltmək,   sahibkarlar   tərəfindən   Nazirliyin   səlahiyyətlərinə   aid   olan   məsələlərə   dair   edilən müraciətlərin cavablandırılmasında sistemlilik yaratmaq və operativliyə nail olmaq, bununla da sahibkarlıq subyektlərinin lazımi  iqtisadi   və   hüquqi  informasiya   ilə   təminatını   yaxşılaşdırmaq  məqsədilə   2009-cu   ildə  Telefon  Məlumat   Mərkəzi

yaradılmışdır.

Azərbaycan   Respublikası   Nazirlər   Kabinetinin   28   oktyabr   2013-cü   il   tarixli   306s   saylı   Sərəncamına   uyğun   olaraq, İqtisadiyyat   Nazirliyinin   "195-2"   Telefon   Məlumat   Mərkəzinin   fəaliyyəti   müasir   tələblərə   uyğun   olaraq   daha   da təkmilləşdirilmiş, eyni zamanda Telefon Məlumat Mərkəzinin adı dəyişdirilərək Çağrı Mərkəzi adlandırılmışdır.

İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng edərək, "2" düyməsini yığmaqla Nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etmək,   eləcə   də   səsli   menyunun   köməkliyi   ilə   müvafiq   məlumatlar   əldə   etmək   olar.   Stasionar   nömrələrdən   "195-2" nömrəsinə edilən zənglər, Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Çağrı Mərkəzi canlı rejimdə, qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.

Çağrı Mərkəzinin fəaliyyəti barədə irad və təkliflərinizi "callcentr.in@economy.gov.az" ünvanına göndərə bilərsiniz.

← Geriyə