Əməkdaşlıq təklifləri

  • Yenilənib 25.07.2014 07:57
  • Yaradılıb 25.07.2014 07:57

4-cü Ekspo Çin-Avrasiya Sərgisi keçiriləcək

 

2014-cü ilin 1-6 sentyabr tarixlərində Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərində 4-cü Ekspo Çin-Avrasiya Sərgisi keçiriləcək.
Çinin Kommersiya Nazirliyi, Sincan-Uyğur Muxtar Rayonunun rəhbərliyi və Xarici Ticarətin İnkişafına Dəstək üzrə Komitənin təşkilatçılığı ilə keçirilən sərgi "İpək Yolu iqtisadi dəhlizi" mövzusuna həsr olunacaq.
Tədbir çərçivəsində Çin-Avrasiya iqtisadi inkişaf və əməkdaşlıq Forumu, Avrasiya Media Forumu, Çin-Mərkəzi Asiya Elm və Texnologiya əməkdaşlığı Forumu, "İpək Yolu iqtisadi dəhlizi" sammiti və Çin-Xarici Mədəniyyət həftəsi təşkil olunacaqdır.
İştirakçılar üçün ayrılan pavilyonlarda iştirakçı ölkələrdə istehsal olunan rəqabət qabiliyyətli mal və məhsulların sərgisi keçiriləcəkdir.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunur.
Ətraflı məlumatı 4-cü Ekspo Çin-Avrasiya Sərgisinin Katibliyindən əldə etmək olar:
Ünvan: www.caeexpo.org caeexpo@vip.163.com
Tel/faks: +86 991 285 04 97, +86 991 287 98 90,
+86 991 519 04 42, +86 991 519 04 45.
Əlaqələndirici şəxs – xanım Li Tsinjuy.

← Geriyə