Xəbərlər

  • Yaradılıb 08.12.2018 15:00
  • Yenilənib 10.12.2018 10:26
  • Nəşr edilib 08.12.2018 14:55

Dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis turniri keçirilib

 

Gənclər və İdman Nazirliyinin dəstəyi, Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis turniri təşkil olunub.

      Turnirin açılış mərasimində çıxış edən Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğıdan və son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən bəhs edib, turnirin  dövlət qurumlarının əməkdaşlarının sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə təşkil olunduğunu vurğulayıb, turnirin stolüstü tennis idman növünün təbliğində əhəmiyyətini qeyd edib.

    Turnirdə İqtisadiyyat, Vergilər, Fövqəladə Hallar, Ədliyyə, Gənclər və İdman, Mədəniyyət, Təhsil,  Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Gömrük və Dövlət Statistika komitələrinin, Azərbaycan Dövlət İnformasiya və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə dövlət agentliklərinin 100-dək əməkdaşı iştirak edib.

      Turnirin qaliblərinə Stolüstü Tennis Federasiyasının diplom, kubok və mükafatları təqdim olunub

← Geriyə