Müflisləşmə elanları

  • Yenilənib 17.06.2020 18:58
  • Yaradılıb 17.06.2020 18:40

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 19.05.2020-ci il tarixli 24 nömrəli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, 94 ünvanında yerləşən Açıq Səhmdar Cəmiyyəti “Standard Insurance” Sığorta Şirkətinin sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyası ləğv edilmiş və Mərkəzi Bank tərəfindən sığortaçı barəsində iflas prosedurunun başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir.

Açıq Səhmdar Cəmiyyəti "Standard Insurance" Sığorta Şirkətinin müflis elan olunması ilə bağlı məhkəmə baxışı 23 iyun 2020-ci il tarixində saat 14:30-da Bakı Kommersiya Məhkəməsində (Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi) keçiriləcəkdir.

← Geriyə