Xarici mətbuatdan

  • Yenilənib 04.12.2013 14:08
  • Yaradılıb 04.12.2013 14:08

Meksikanın "Excelsior" qəzetində Azərbaycanın inkişaf dinamikasından və perspektivlərindən bəhs edən məqalə dərc olunmuşdur

 

Meksikanın "Excelsior" qəzetində Anauak Universitetinin beynəlxalq əlaqələr fakültəsinin professoru və strateji əlaqələr üzrə BP-Anauak kafedrasının müdiri Laura Korando Konterasın "Avropa və Asiya arasında yerləşən Azərbaycan bölgədə öz siyasətinin nikbin ruhunu simvolizə edir" sərlövhəli məqaləsi dərc olunmuşdur.
Azərbaycanın Meksikadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə Dünya Rəqabətlilik Hesabatına əsasən 2007-2008-ci illərdə 69-cu mövqedə yerləşən respublikamızın 2012-2013-cü illərdə 46-cı yerdə qərarlaşması, eləcə də ölkəmizin Dünya Bankının "Doing Business 2013" hesabatında biznes mühitinin yaxşılaşdırılması sahəsində məqsədyönlü islahatlar həyata keçirən 15 inkişaf etmiş ölkə sırasına daxil olması diqqətə çatdırılmışdır.
Yazıda, həmçinin Azərbaycanın öz resurslarından istifadə edərək əhalisinə daha yaxşı və geniş imkanlar yaradan ölkə olduğu da vurğulanmışdır. Qeyd olunmuşdur ki, hökumət tərəfindən aparılan uğurlu siyasət davam edərsə, 2020-ci ildə Azərbaycan yüksək gəlirə malik əhalisi və insan resursları olan ölkəyə çevriləcəkdir.


"AzərTAc"
23 sentyabr

← Geriyə