Beynəlxalq donorlar

  • Yenilənib 02.11.2020 10:25
  • Yaradılıb 01.10.2012 13:09

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 1945-ci ildə yaradılmışdır. Baş ofisi İtaliyanın Roma şəhərində yerləşir. Rəhbəri 23 iyun 2019-cu il tarixindən Qu Dongyudur.

FAO əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ixtisaslaşdırılmış qurumudur. FAO 191 ölkədə fəaliyyət göstərir və 130-dan çox ölkədə nümayəndəliyə malikdir. FAO-nun Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmakdır. Azərbaycan 20 oktyabr 1995-ci il tarixindən FAO-nun üzvüdür. Azərbaycanda FAO-nun layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Əlaqələndirmə ofisinin səlahiyyətlərini 2015-ci ilin payızından etibarən Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisi həyata keçirir. FAO təşkilatına üzv olduğu müddətdə Azərbaycan Hökuməti kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədilə müxtəlif inkişaf və fövqəladə hallara hazırlıq layihələrinin icrası, habelə kənd təsərrüfatında islahatların aparılması və sürətləndirilməsi, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı bir çox çətinliklərin müsbət həlli üçün FAO-dan dəstək almışdır. Hazırda FAO tərəfindən Azərbaycanda 13 layihə həyata keçirilir.

 

FAO tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:

1

Azərbaycanda qoyun istehsalının və ərzaq dəyər zəncirinin davamlı inkişafı və həyata keçirilməsi

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi

Müddət: 2018-2021

2

Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi

Müddət: 2018-2022

3

Azərbaycanda meşə sahəsi üzrə bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi

Benefisiar: Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Müddət: 2017-2021

4

Azərbaycanda sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

Müddət: 2018-2021

5

Biomüxtəlifliyin qorunması və dayanıqlı istifadəsi: Qabaqcıl nəzarət və idarəetmə vasitəsilə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin möhkəmləndirilməsi

Benefisiar: Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Müddət: 2019-2020

6

Aqrar məşğulluğun artırılması layihəsi (AMAL)

Benefisiarlar: Kənd Təsərrüfatı Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Gənclər Fondu

Müddət: 2019-2020

7

FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı üçün təbliğat fəaliyyətləri və layihəyə hazırlıq

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi

Müddət: 2017-2021

8

Kənd təsərrüfatı və torpaqdan istifadə sektorlarında Milli Səviyyədə Müəyyən edilmiş Töhfələrin yerinə yetirilməsi ilə əlaqədar ölkənin potensialının artırılması

Benefisiarlar: Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Müddət: 2019-2021

9

Qadınların iqtisadi cəhətdən gücləndirilməsi yolu ilə ərzaq təhlükəsizliyi və kənd yerlərində yaşayış səviyyəsinin yaxşılaşdırılması

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC

Müddət: 2020 - 2022

10

Xəstəliklərə nəzarət edilməsi, o cümlədən baytarlıq diaqnostikası üçün milli potensialın təkmilləşdirilməsi

Benefisiar: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Aqrar Xidmətləri Agentliyi,

Müddət: 2019-2021

11

Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv yerli kənd təsərrüfatı və qida sistemlərinin inkişaf etdirilməsi

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiyalar Mərkəzi (AEİM), Dövlət Aqrar İnkişaf Mərkəzləri, Aqrar Tədqiqatlar Mərkəzi (ATM)

Müddət: 2019 -2021

12

Kənd təsərrüfatı məsləhət xidmətlərinin gücləndirilməsi

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Təhsil və Təlim Şöbəsi (ATTŞ), Aqrar Elm və İnnovasiya Mərkəzi (AEİM), Aqrar Xidmətlər Agentliyi (AXA)

Müddət: 2019 -2022

13

Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın

sürətləndirilməsi (HAZER)

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası

Müddət: 2020 - 2023

← Geriyə