Beynəlxalq donorlar

  • Yenilənib 13.08.2021 16:01
  • Yaradılıb 01.10.2012 13:11

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti

 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) 1 yanvar 2011-ci il tarixində 1975-ci ildən fəaliyyət göstərən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) bazasında yaradılmışdır. Baş ofisi Almaniyanın Eşborn şəhərində yerləşir. Rəhbəri 1 iyul 2012-ci il tarixindən Tanya Gönnerdir. GİZ Afrika, Asiya, Latın Amerikası, Aralıq dənizi ətrafı və Yaxın Şərq ölkələri, habelə Avropa, Qafqaz və Orta Asiya regionundakı 130 ölkədə fəaliyyət göstərir və 87 ölkədə nümayəndəliyə malikdir. GIZ Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi adından 1995-ci ildən indiyədək Azərbaycanla sıx əməkdaşlıq edir və Azərbaycanda GIZ-in layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Təşkilatın ölkə üzrə direktoru xanım Karin Hörhandır.

Hazırda GIZ tərəfindən Azərbaycanda əsasən idarəetmə və iqtisadi inkişaf, peşə təhsili, enerji və ətraf mühit istiqamətlərini əhatə edən 5 layihə icra edilir.

 

GIZ tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:

 

1

Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi Proqramı

Benefisiarlar: Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi

Müddəti: 2020-2023

2

Menecerlərin Təlimi Proqramı

Benefisiar: Kiçik və Orta Biznesin İnkişafı Agentliyi

Müddəti: 2009-2023

3

Cənubi Qafqazda məcburi köçkünlərin və əhalinin həssas təbəqəsinin iqtisadi inteqrasiyası layihəsi

Benefisiar: Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

Müddəti: 2018-2021

4

Cənubi Qafqazda yerli inkişaf üçün yaxşı idarəetmə

Benefisiarlar: Ədliyyə Nazirliyi, İqtidasiyyat Nazirliyi, Hesablama Palatası, Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsi, Asan Xidmət

Müddəti: 2020-2023

5

Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarə edilməsi və ekosistem xidmətlərinin qurulması

Benefisiarlar: Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi

Müddəti: 2018-2021

← Geriyə