Beynəlxalq donorlar

  • Yaradılıb 01.10.2012 13:11
  • Yenilənib 15.04.2019 17:51
  • Nəşr edilib 01.10.2012 13:11

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti

 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) 1 yanvar 2011-ci il tarixində 1975-ci ildən fəaliyyət göstərən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) bazasında yaradılmışdır. Baş ofisi Almaniyanın Eşborn şəhərində yerləşir. Rəhbəri 1 iyul 2012-ci il tarixindən Tanya Gönnerdir. GİZ Afrika, Asiya, Latın Amerikası, Aralıq dənizi ətrafı və Yaxın Şərq ölkələri, habelə Avropa, Qafqaz və Orta Asiya regionundakı 130 ölkədə fəaliyyət göstərir və 87 ölkədə nümayəndəliyə malikdir. GIZ Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi adından 1995-ci ildən indiyədək Azərbaycanla sıx əməkdaşlıq edir və Azərbaycanda GIZ-in layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Təşkilatın ölkə üzrə direktoru Sonya Fonteyndir.

Hazırda GIZ tərəfindən Azərbaycanda əsasən İdarəetmə və iqtisadi inkişaf, Enerji və ətraf mühit, istiqamətlərini əhatə edən 8 layihə icra edilir.

GIZ tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:

1

Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarına dəstək

Benefisiar: Ədliyyə Nazirliyi

Müddəti: 2015-2020

2

Cənubi Qafqazda kəndin davamlı inkişafı üçün təbii sərvətlərin idarəedilməsi və ekosistem xidmətlərinin qorunması

Benefisiar: Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Müddəti: 2018-2021

3

Cənubi Qafqazda yerli özünüidarəetməyə dəstək (II faza)

Benefisiar: Bələdiyyələrlə İş Mərkəzi, QHT-lər

Müddəti: 2017-2019

4

Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və texniki peşə təhsili və təlimi

Benefisiar: İqtisadiyyat Nazirliyi

Müddəti: 2017-2020

5

Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə ikitərəfli Proqram

Benefisiar: İqtisadiyyat Nazirliyi

Müddəti: 2009-2019

6

"Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək" layihəsi

Benefisiarlar: İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Ədliyyə Nazirliyi

Müddəti: 2017-2019

7

İsmayıllı Qəbələ Qax rayonlarında kənd təsərrüfatı və turizm sektorlarında dual peşə təhsili pilotlarının yaradılması

Benefisiar: Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi

Müddət: 2017-2020

8

Cənubi Qafqazın seçilmiş icmalarında məskunlaşmış məcburi köçkünlərin və əhalinin həssas təbəqəsinin iqtisadi inteqrasiyası

Benefisiar: Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

Müddəti: 2018-2020

← Geriyə