Azərbaycanın xarici ölkələrdə ticarət nümayəndələri

  • Yenilənib 08.06.2020 10:47
  • Yaradılıb 20.02.2019 16:00

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi 

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq, xarici ölkələrdə ticarət nümayəndələri təyin olunur.

2017-ci ilin iyun ayında Elnur Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi təyin edilib.

Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafinda, qeyri-neft ixracının genişləndirilməsində, "Made in Azerbaijan" brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqində və Birləşmiş Ərəb Əmirlikləri investisiyalarının cəlb olunmasında önəmli rol oynayır.

Bu sahədə böyük təcrübəyə malik Elnur Əliyev Azərbaycan Dövlət İqtisad Universitetində və Böyük Britaniyanın Mançester Biznes Məktəbində maliyyə və kredit ixtisası üzrə təhsil alıb. E.Əliyev Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe, Azərbaycanın Avropa Komissiyası yanında Nümayəndəliyində 2-ci katib, İslam İnkişaf Bankı, Beynəlxalq Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyasında MDB ölkələri və İran üzrə regional menecer vəzifələrində işləyib. Bu təyinatdan əvvəl isə Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsinin rəis müavini olub.

İngilis, rus, fransız və ərəb dillərini sərbəst bilir.

Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsinin əlaqə vasitələri:

Tel:         +97142230819

elnur.ali@economy.gov.az

 

← Geriyə