Azərbaycanın xarici ölkələrdə ticarət nümayəndələri

  • Yenilənib 08.06.2020 10:21
  • Yaradılıb 20.02.2019 16:00

Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq, xarici ölkələrdə ticarət nümayəndələri təyin olunur.

2017-ci ilin iyun ayında Teymur Nadiroğlu Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi təyin edilib.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Çin Xalq Respublikasında ticarət nümayəndəsi ölkəmizin qeyri-neft ixracının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqi və Çin investisiyalarının cəlb olunmasında önəmli rol oynayır. 

Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan, ABŞ və Çində investisiya, mühasibatlıq, biznesin inkişafı və maliyyə planlaşdırılması sahələrində işləyib. 2008-ci ildən bu təyinata qədər Çində Primum Consulting Ltd. şirkətinin baş meneceri idi.

Teymur Nadiroğlu biznes administrasiyası sahəsində bakalavr, rəhbərlik və menecment üzrə aspirantura təhsilini ABŞ-ın Northeastern və Harvard universitetlərində alıb.

İngilis, rus, türk və Çin dillərini bilir.

Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsinin əlaqə vasitələri:

Tel:       +861065920300

teymur.nadiroglu@economy.gov.az

 

← Geriyə