Azərbaycanın xarici ölkələrdə ticarət nümayəndələri

  • Yenilənib 08.06.2020 10:23
  • Yaradılıb 20.02.2019 15:25

Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq, xarici ölkələrdə ticarət nümayəndələri təyin olunur.

2017-ci ilin oktyabr ayında Nemət Nağdəliyev Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində yerləşməklə  Mərkəzi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi təyin edilib.

Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Azərbaycan və Avropa İttifaqına üzv olan ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafında, bu ölkələrdə "Made in Azerbaijan" brendinin və Azərbaycandakı investisiya mühitinin təşviqində, ölkəmizin qeyri-neft ixracının artırılmasında önəmli rol oynayır.

Diplomatik sahədə böyük təcrübəyə malik Nemət Nağdəliyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetində iqtisadiyyat üzrə bakalavr və magistr dərəcələri, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi, Rusiya Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasında iqtisadiyyat elmləri namizədi dərəcəsini almışdır. N.Nağdəliyev Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyində Humanitar proqramlar şöbəsinin rəhbəri, Ümumrusiya Azərbaycan Konqresinin Aparat rəhbəri vəzifələrində işləyib. Bu təyinatdan əvvəl isə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində çalışmışdır. İngilis və rus dillərini sərbəst bilir.

Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin əlaqə vasitələri:

Tel:         +48224040026

n.naghdaliyev@economy.gov.az

 

← Geriyə