Azərbaycanın xarici ölkələrdə ticarət nümayəndələri

  • Yenilənib 08.06.2020 10:23
  • Yaradılıb 20.02.2019 16:00

Azərbaycanın  Rusiya Federsiyasında ticarət nümayəndəsi

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq, xarici ölkələrdə ticarət nümayəndələri təyin olunur.

2017-ci ilin fevral ayında Ruslan Əliyev  Azərbaycanın  Rusiya Federasiyasında ticarət  nümayəndəsi  təyin edilib.

Rusiya Federasiyasında  ticarət nümayəndəsi ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafinda, qeyri-neft ixracının genişləndirilməsində, "Made in Azerbaijan" brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqində və Rusiya Federasiyası  investisiyalarının cəlb olunmasında önəmli rol oynayır.

Bu sahədə böyük təcrübəyə malik Ruslan Əliyev  Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.  R.Əliyev Azərbaycanın Rusiyadakı səfirliyində,  Xarici İşlər Nazirliyinin  Razılaşma-Hüquq idarəsinin beynəlxalq-hüquqi  məsələlər üzrə çoxtərəfli  əməkdaşlıq şöbəsində, Azərbaycan Dövlət Neft  Şirkətində Xarici Sərmayələr İdarəsində, Azərbaycan və Rusiyada sığorta sahəsində rəhbər vəzifələrdə işləyib. 

Hazırda Azərbaycanın ticarət nümayəndəsi  olmaqla yanaşı, həmçinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Ruslan Əliyevin təşəbbüsü ilə yaradılmış  “Təbiətdən istifadənin beynəlxalq kompleks problemləri və ekologiya”  kafedrasının  müdiridir.  Energetika, ekologiya və sığorta sahəsində bir sıra dərslik və məqalənin  müəllifi və həmmüəlifidir.

İngilis və rus dillərini sərbəst bilir.

Rusiya Federasiyasında  ticarət nümayəndəsinin  əlaqə vasitələri:

Tel:         + 74952903634

               + 74992903634

ruslan.aliyev@economy.gov.az

← Geriyə