İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu 2018/2019-cu tədris ili üçün
doktorantura və dissertanturaya qəbul elan edir
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu 2018/2019-cu tədris ili üçün iqtisad elmlərinə aid ixtisaslar üzrə doktorantura və dissertanturaya qəbul elan edir.
Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
- ərizə (direktorun adına);
- kadrların şəxsi uçot vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə (işləyənlər üçün);
- əmək kitabçasının surəti (iş stajı olanlar üçün);
- çap olunmuş elmi əsərlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- fəlsəfə doktoru diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (elmlər doktoru hazırlığı üzrə);
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Sənədlər elan verilən gündən bu il dekabrın 28-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcəkdir.
2018/2019-cu il üçün doktorantura və dissertanturaya
QƏBUL PLANI
Əlaqə telefonu: (+99412) 431 57 95 daxili (36-13);
Ünvan: AZ 1011, Bakı şəhəri, H. Zərdabi prospekti, 88-a
İnternet səhifəsi: http:/www.ier.az