Xəbərlər

  • Yaradılıb 20.12.2018 11:05
  • Yenilənib 25.12.2018 11:22
  • Nəşr edilib 20.12.2018 11:00

İqtisadiyyat naziri Bərdədə vətəndaşları qəbul edəcək

 

İqtisadiyyat naziri Şahin Mustafayev dekabrın 21-də Bərdədə Yevlax, Tərtər, Ağcabədi, Ağdam, Laçın və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 11:00-dan etibarən YAP-ın Bərdə rayon təşkilatının inzibati binasında (Ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, 102) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: elbrus.huseynov@economy.gov.az ) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və Nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

← Geriyə