Xəbərlər

  • Yenilənib 17.01.2020 17:38
  • Yaradılıb 17.01.2020 17:35

İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edib

 

Yanvarın 17-də İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov Ağsuda, Sahib Məmmədov isə Ucarda vətəndaşları qəbul edib.

Qəbula gələnlərin müraciətləri sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin və subsidiyaların verilməsi, əkinçilik, məktəb tikintisi, əmlakın qeydiyyatı, sosial və s. məsələlərlə bağlı olub.

Müraciətlər dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə aidiyyəti üzrə tapşırıqlar verilib.

← Geriyə