Xəbərlər

  • Yenilənib 07.01.2020 11:26
  • Yaradılıb 20.12.2019 18:10

İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edib

 

Dekabrın 20-də İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov Yevlaxda bu rayondan, Sahib Məmmədov isə Ağdaşda Ucar və Ağdaş rayonlarından olan sakinləri qəbul edib.

Qəbula gələnlərin müraciətləri sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, əkin sahələrinin suvarılmasına köməklik göstərilməsi, məktəb və uşaq bağçasının tikintisi, sosial və s. məsələlərlə bağlı olub.

Müraciətlər dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə aidiyyəti üzrə tapşırıqlar verilib.

 

← Geriyə