Xəbərlər

  • Yenilənib 19.12.2019 10:05
  • Yaradılıb 18.12.2019 17:00

İqtisadiyyat nazirinin müavinləri Yevlaxda və Ağdaşda vətəndaşları qəbul edəcəklər

 

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov 20 dekabr 2019-cu il tarixində, saat 11:00-dan etibarən Yevlaxda (ünvan: Yevlax şəhəri, Bakı prospekti, 5, İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzi) bu rayondan olan vətəndaşları qəbul edəcək.

Həmin gün nazir müavini Sahib Məmmədov isə Ağdaşda (ünvan: Ağdaş şəhəri, Heydər Əliyev Meydanı, 3, YAP Ağdaş rayon təşkilatının inzibati binası) saat 11:00-dan başlayaraq Ağdaş və Ucar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (ünvan: Yevlax şəhəri, Bakı prospekti, 5, İnzibati bina, əlaqələndirici şəxs Fərid Məmmədov, əlaqə telefonu: 022-337-82-81, (050) 235 01 97, elektron poçt ünvanı: farid.mammadov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

← Geriyə