Müsabiqə məqalə və süjetləri

  • Yaradılıb 06.05.2019 15:38
  • Yenilənib 06.05.2019 15:38
  • Nəşr edilib 06.05.2019 15:00

İqtisadiyyat Nazirliyi 3-cü Respublika İnnovasiya Müsabiqəsi elan edir

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”ndən irəli Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin icrasına dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycandakı filialı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi ilə birgə Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan edir.

Müsabiqəyə innovativ ideyaları əks etdirən və DİM-nin, "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsinin prioritetlərini əhatə edən layihələr qəbul olunur:

Müsabiqəyə innovativ ideyaları əks etdirən və DİM-nin, "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsinin prioritetlərini əhatə edən layihələr qəbul olunur:

İnklüziv əmək bazarları:

  • aktiv əmək bazarı və məşğulluq tədbirləri ilə bağlı innovativ ideya və ya mexanizm;
  • həssas qrupların (uşaqlar, gənclər, əlillər və s.) cəmiyyətə inteqrasiyası üçün həllər;
  • əməyin təşkili və təşkilati mədəniyyət;
  • iqtisadi məhsuldarlığı yüksəldəcək yeni texnoloji avadanlıqlar və metodlar;
  • innovativ startap və inkluziv biznes inkubator;
  • peşə təhsilinin təşkili ilə bağlı innovativ təlim metodları;
  • dövlət və özəl sektor ilə peşə təhsili müəssisələri arasında qarşılıqlı əməkdaşlıq üzrə innovativ ideya;
  • ali təhsil səviyyəsində innovativ tədris və təlim metodları;
  • distant təhsil üsullarının tətbiqində innovativ yanaşmalar;
  • kreativ sənaye (industriya);
  • daha az kapital tutumlu infrastruktur.

 “Yaşıl iqtisadiyyat”ın təşviqi:

  • yaşıl iqtisadiyyat;
  • iqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı erkən xəbərdarlıq ilə bağlı sistemin qurulması və maarifləndirmə;
  • iqlim dəyişikliyi ilə bağlı yerli şəraitdə effektiv planlaşdırma və idarəçilik;
  • ekoloji təmiz şəhər həyatı;
  • ekoloji təmiz nəqliyyat;
  • ekoloji təmiz kənd təsərrüfatı istehsalı;
  • ətraf mühitin təmizlənməsi üzrə texnologiya və ya ictimai innovasiya;
  • enerji səmərəliliyi;
  • alternativ enerji mənbələrindən (külək, günəş və s.) istifadə;
  • tullantıların utilizasiyası;
  • tullantısız və ya az tullantılı texnologiya;
  • ərzaq tullantılarının səmərəli və ekoloji istifadəsi;
  • dəniz və sahilyanı ekosistemlər;
  • meşələrin, bataqlıq ərazilərin, dağların və quru ərazilərin qorunması, bərpası və dayanıqlı istifadəsi;
  • nanotexnologiyalar və onların tətbiqi;
  • biomüxtəlifliyin qorunması;
  • elektron kənd təsərrüfatı sisteminin qurulması;
  • innovativ logistika;
  • yüksək əlavə dəyər yarada biləcək texnologiya və innovativ istehsal metodları;
  • urbanizasiya.

Sosial xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi:

  • innovativ sosial xidmətlər;
  • sosial infrastruktur və ictimai həyatda innovasiya;
  • səhiyyə, təhsil və mədəniyyət sahəsində göstərilən xidmətlərin yüksəldilməsinə yönələn innovativ layihələr
  • kommunal xidmətlərin keyfiyyətinin artırılması;
  • İKT sahəsində innovasiya;
  • Şəhərlərin idarə olunmasında İT həllər (Smart City);
  • dövlət xidmətlərinin göstərilməsi sahəsində İT (İoT) həllər;
  • yaşayış məntəqələrinin planlaşdırılması və idarə edilməsi;
  • turizm, bank və sığorta sahəsində innovativ ideya və ya biznes layihə;
  • dayanıqlı infrastruktur və şəhərlərin qurulması məqsədilə qabaqcıl mühəndislik;
  • cəmiyyətin bütün təbəqələrinin sosial-iqtisadi, mədəni və ictimai həyatda iştirakını təmin edəcək təbliğat-təşviqat;
  • açıq məlumatlardan istifadə üzrə innovativ ideaların və həllərin tətbiqi.

Müsabiqəyə təqdim edilən layihəyə dair tələblər:

• Sahələr üzrə prioritetlik;
• İqtisadi səmərəlilik;
• Həyata keçirilməsinin mümkünlüyü.


     Layihələrin təqdim edilməsi müddəti

Müsabiqədə iştirak etmək istəyən namizədlər layihələrini 2019-cu ilin 10 iyul tarixinədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İdeya Bankı” platforması və ya narmin.babayeva@economy.gov.az elektron poçt vasitəsi ilə təqdim edə bilər. Bunun üçün iştirakçılar www.ideya.az internet səhifəsində qeydiyyatdan keçməli, “2019-İnnovasiyalar” müsabiqəsini seçməli, təqdim olunan formanı dolduraraq layihəni göndərməlidirlər. Müsabiqə barədə ətraflı məlumatı www.sdg.az saytından əldə etmək olar.

     Müsabiqənin qalibləri mükafatlandırılacaqdır:

• Birinci yer – 5000 manat
• İkinci yer – 3000 manat
• Üçüncü yer – 2000 manat.

Müsabiqə çərçivəsində Qiymətləndirmə Komissiyası tərəfindən bəyənilən layihələr reallaşdırılması və tətbiqi məqsədilə müxtəlif dövlət qurumları, təşkilatları və sahibkarlıq subyektləri üçün təşviq edilməsinə dəstək göstəriləcəkdir. Eyni zamanda, əsas mükafatlandırma ilə yanaşı Komissiya tərəfindən bəyənilən layihələr üzrə həvəsləndirici mükafatlar nəzərdə tutulur.

Müsabiqə çərçivəsində 2019-cu il üçün qalib elan olacaq 2 komanda Estoniyada keçiriləcəkSTARTUp Day” proqramına,  seçilən 3 layihə isə ölkə finalından sonra təkmilləşdirilmə və satış istiqamətində 4 aylıq intensiv proqrama cəlb olunacaqdır.

Eyni zamanda, 1 və ya 2 qalib layihə hər il həyata keçirilən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nda iştirak etmək hüququ qazanacaqdır.

Bundan əlavə, müsabiqə qaliblərindən biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Fast Track Azərbaycan” proqramına dəvət olunacaq, həmçinin seçilən bir layihə isə Data Mərkəzin “Cloud4Start” mükafatını (3000 manat-data və cloud servislər paketi) əldə edəcəkdir.

 

← Geriyə