Xəbərlər

  • Yaradılıb 04.01.2019 17:29
  • Yenilənib 04.01.2019 17:29
  • Nəşr edilib 04.01.2019 17:20

İqtisadiyyat Nazirliyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək

 

  20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Tədbirlər Planı təsdiq olunub.

    Tədbirlər Planına əsasən, 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə bağlı İqtisadiyyat Nazirliyi bir sıra tədbirlər keçirəcək. Belə ki,  Nazirlikdə 20 Yanvar faciəsinə həsr edilən “Məlumat saatı” məşğələləri, Nazirliyin Aparatında, tabeliyindəki qurumlarda anım tədbirləri keçiriləcək, mühazirələr dinləniləcək, 20 Yanvar hadisələrini əks etdirən bədii kompozisiyalar nümayış etdiriləcək, Nazirlik əməkdaşlarının Milli Azərbaycan Tarixi Muzeyində “20 yanvar - Ümumxalq hüzn günü”nə həsr olunmuş sərgisinə, Şəhidlər Xiyabanına ziyarəti təşkil ediləcək.

← Geriyə