Apellyasiya Şurası

  • Yenilənib 08.10.2021 14:37
  • Yaradılıb 30.12.2020 11:40

İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası

 

İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Nazirliyin strukturunun, strukturuna daxil olmayan tabeliyindəki qurumların, Nazirliyin təsisçisi olduğu, səhmlərinin saxlanılması və ya idarə olunması Nazirliyə həvalə olunmuş hüquqi şəxslərin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən verdikləri şikayətlərə, habelə Nazirliyin strukturunda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

Apellyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, digər normativ hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.

Apellyasiya Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.

“İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası haqqında” Əsasnamə

 

İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının tərkibi

 

Şuranın sədri:

 

Elnur Əliyev - İqtisadiyyat nazirinin müavini.

Şuranın üzvləri:

 

Sahir Məmmədxanov - İqtisadiyyat nazirinin müşaviri;

Elnur Əliyev - Nazirliyin Aparatının Daxili nəzarət şöbəsinin müdir müavini;

Anar Hacızadə - Nazirliyin Aparatının Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdir müavini;

Məmməd Abbasbəyli - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini;

Samirə Musayeva - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini;

Rüstəm Şahbazov - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini.

 

İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının email ünvanı: apellyasiya@economy.gov.az

 

 

İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının Katibliyinin tərkibi

 

 

Katibliyin rəhbəri:

Ramil Mirzəzadə - Nazirliyin Aparatının Hüquq şöbəsinin müdir müavini.

 

Katibliyin üzvləri:

Şəhriyar Əsədov – Nazirliyin Aparatının Daxili nəzarət şöbəsinin İnzibati-təşkilati və preventiv məsələlər sektorunun müdiri (daşınmaz əmlakın qeydiyyatı ilə bağlı şikayətlər üzrə məsul şəxs, registrationcomplaints@economy.gov.az);  

Fuad Seyidov – Nazirliyin Aparatının İnsan resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri (kadastr ilə bağlı şikayətlər üzrə məsul şəxs, cadastrecomplaints@economy.gov.az); 

Günel Əlizadə - Nazirliyin Aparatının Hüquq şöbəsinin Hüquqi təhlil və ekspertiza sektorunun böyük məsləhətçisi;

Mirpərvin Ağayev  – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsi Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsi Qanunvericilikdəki dəyişikliklərin monitorinqi şöbəsi Baş dövlət vergi müfəttişi;

Leyla Hüseynzadə – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Məhkəmələrlə və materiallarla iş idarəsinin Məhkəmə işlərinin təşkili və təhlili şöbəsinin baş hüquqşünası;

Elgün Abdullayev – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin İnzibati şikayətlərin araşdırılması idarəsinin 2-ci şöbəsinin böyük dövlət vergi müfəttişi;

Şahin Nağıyev – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri;

Etibar Əliyev – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin Torpaqların dövlət idarəetməsinin təşkili və torpaq münasibətlərinin tənzimlənməsi şöbəsinin müdir müavini.

 

İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının fəaliyyətinə dair

Şura barədə qısa məlumat

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilib. Bununla əlaqədar olaraq, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası və Şuranın Katibliyi yeni tərkibdə formalaşdırılıb, 2020-ci ilin sentyabr ayından yeni tərkibdə fəaliyyət göstərir.

Şuranın 1 illik fəaliyyəti dövrü

  • Daxil olmuş şikayətlərin sayı – 124. Bunlardan:
  • Mahiyyəti üzrə baxılaraq müvafiq qərarlar qəbul edilib – 52 (42%),
  • Şikayət geri götürülüb – 6 (5%)
  • Şikayət icraatdadır – 19 (15 %).
  • Baxılmamış saxlanılıb – 47 (38%)
  • Şikayətin verilmə müddətinin buraxılması ilə əlaqədar – 24 (19 %)
  • Eyni predmet üzrə məhkəməyə şikayət verilməsi ilə əlaqədar– 4 (3%)
  • Şikayətin predmeti üzrə cinayət təqibinin aparılması ilə əlaqədar – 12 (10%)
  • Şikayətin predmetinin Şuranın səlahiyyətlərinə aid olmaması ilə əlaqədar – 5 (4%)
  • Şikayətin ilkin olaraq yuxarı inzibati orqana verilməməsi ilə əlaqədar – 2 (2%)

 

Şikayətlərin predmeti

  • Qanunvericiliyin tətbiqi ilə bağlı ümumi mübahisələr;
  • Qəbul edilmiş inzibati aktlarla bağlı mübahisələr;
  • İnzibati orqanların hərəkət və ya hərəkətsizlikləri ilə bağlı mübahisələr.

Şikayətlərə Şurada baxılmasının nəticəsi

  • Tam təmin edilmişdir – 8 (15%)
  • Qismən təmin edilmişdir – 2 (4%)
  • Təmin edilməmişdir – 42 (81%)

İnzibati-metodiki işlər

Apellyasiya Şurasında işlərə baxılması çərçivəsində vətəndaşların, habelə sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədilə şikayətlərə səbəb olan hallar müzakirə edilərək aradan qaldırılması, hüquqi müəyyənliyin təmin edilməsi, inzibatçılığın optimallaşdırılması istiqamətində tövsiyələr formalaşdırılır və aidiyyəti qaydada icrası nəzarətdə saxlanılır.

← Geriyə