İnvestisiyalar

  • Yenilənib 18.07.2019 12:51
  • Yaradılıb 25.09.2012 05:32

Dövlət investisiyaları sahəsində siyasətin əsas istiqmətləri

 

Azərbaycanın uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində investisiyaların cəlb edilməsi xüsusi rol oynayır. İnvestisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədilə ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Bunun üçün

- şəxsi mülkiyyətin qorunması və korporativ idarəetmənin təkmilləşdirilməsinə;

- mülkiyyətin formasından asılı olmayaraq bütün investorlar üçün daha əlverişli rəqabət mühitinin yaradılmasına;

- stabil hüquqi-normativ rejimin təmin edilməsi məqsədilə dövlətin rolunun artırılmasına;

- investisiya fəaliyyətinin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsinə;

- investisiya obyektlərinin seçimi və təhlili məqsədilə müəssisələr haqqında investorların məlumatlandırılması sisteminin yaxşılaşdırılmasına;

- əmanətlərin investisiyalara səmərəli transformasiyasını təmin edən müasir institusional infrastrukturun inkişaf prosesinə yardımın artırılmasına;

- biznesin informasiya təminatının yaxşılaşdırılmasına, mühasibat uçotunun və statistikanın beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər davam etdiriləcəkdir.

 

Ölkədə dövlət investisiya siyasətinin əsas istiqamətlərini aşağıdakı prioritetlər təşkil edir:

-investisiya layihələrinin orta və uzun müddətli dövlət proqramları və Strateji Yol Xəritələri ilə müəyyən olunmuş sosial-iqtisadi inkişaf məqsədlərinə və prioritetlərinə uyğunlaşdırılması;

 -investisiyaların qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsi;

-regional investisiya siyasətinin müasir inkişaf tendensiyalarına uyğun olaraq prioritetləşdirilməsi;

-ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi, insan kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyinin təmin edilməsi;

-ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması;

 -dövlət investisiyalarının proiritetləşdirilməsi zamanı nanotexnologiyalara əsaslanan və atmosferə buraxılan tullantıların tərkibində karbonlu birləşmələrin miqdarının azaldılmasını nəzərdə tutan istehsal sahələrinə üstünlük verilməsi;

-dövlət investisiyalarının elm tutumlu layihələrə yönəldilməsi; -dövlətin müdafiə qabiliyyətinin artırılması.

 

Özəl investisiyalar sahəsində siyasətin əsas istiqamətləri

- Azərbaycan müəssisələrinin investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə tədbirlərin davam etdirilməsi;

- müəssisələrin texnoloji yenidənqurulması məqsədilə müasir texnoloji avadanlığın Azərbaycana gətirilməsi üçün xarici ticarət rejiminin təkmilləşdirilməsi;

- daxili investisiyalarla yanaşı birbaşa xarici investisiyaların ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yönəldilməsi;

- xidmət sahələrində birbaşa xarici investisiyaların tənzimləmə rejiminin təkmilləşdirilməsi;

- beynəlxalq standartlara uyğun mühasibat uçotunun və auditor fəaliyyətinin yaradılması prosesinin sürətləndirilməsi.

  

← Geriyə