Xəbərlər

  • Yaradılıb 26.12.2018 16:22
  • Yenilənib 26.12.2018 16:30
  • Nəşr edilib 26.12.2018 09:20

Kiçik və orta sahibkarlıq sahəsində korporativ idarəetmə ilə bağlı təlim keçirilib

 

İqtisadiyyat Nazirliyi “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin və “Azərbaycan Respublikasının ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasını təmin etmək məqsədilə tədbirlərini davam etdirir.

Dekabrın 25-də korporativ idarəetmə prinsiplərinin kiçik və orta sahibkarlıq subyektlərində tətbiqi ilə bağlı Korporativ idarəetmənin anlayışı və onun şirkətin səmərəli fəaliyyətində rolu” və “Müəssisələrdə satış, marketinq, satışdan sonra qulluq və müştəri sorğularına operativ cavab departamentlərinin işinin müasir tələblərə uyğun təşkili” mövzularında təlim keçirilib. Tədbirdə kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələri, sənaye məhəllələri və parklarında fəaliyyət göstərən rezidentlərin nümayəndələri iştirak ediblər.
Təlimdə İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun əməkdaşı Nicat Eyvazzadə və ekspert Seyfəddin Həsənov tərəfindən korporativ idarəetmə, sənaye müəssisələrində satış, marketinq, satışdan sonra qulluq və müştəri sorğularına operativ cavab departamentlərinin işinin beynəlxalq təcrübəyə uyğun təşkili və s. barədə ətraflı məlumat verib, mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

← Geriyə