Xəbərlər

  • Yenilənib 13.05.2020 18:31
  • Yaradılıb 13.05.2020 17:05

KOB-lar üçün onlayn satış imkanlarının genişləndirilməsinə dair tədbir keçirilib

 

Pandemiya dövründə elektron ticarətə (E-commerce) artan tələb, KOB-ların onlayn satış sahəsində proqram təminatı barədə məlumatlandırmaya ehtiyacı nəzərə alınaraq İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfindən bu mövzuda onlayn tədbir keçirilib.

KOBİA-nın “Facebook” səhifəsi vasitəsilə birbaşa yayımlanan onlayn tədbirdə “Logix” şirkətinin rəhbəri Sakit Səmədov elektron ticarətin əhəmiyyəti, daha az xərclə elektron satış platformasının yaradılması və bu sahədə yerli şirkətlər tərəfindən təklif olunan proqram təminatı barədə kiçik və orta biznes nümayəndələrinə məlumat verib, onları maraqlandıran suallar cavablandırılıb.

← Geriyə