Xəbərlər

  • Yenilənib 22.09.2021 16:27
  • Yaradılıb 21.09.2021 14:00

KOBİA Gəncəsənət - Sərgi-Satış Yarmarkasında iştirak edib

 

19-20 sentyabr tarixlərində Gəncə şəhərində Gəncəsənət - İncəsənət, Sənətkarlıq və Yaradıcılıq Sərgi-Satış Yarmarkası keçirilib. Gəncə Filarmoniya Bağı və Urban Mərkəzində təşkil olunmuş yarmarkada regionda fəaliyyət göstərən sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunub.

Sərgi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Turizm İnformasiya Mərkəzi/Gəncə Destinasiya Menecmenti Təşkilatı və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilatçılığı ilə keçirilib.

Sərgidə KOBİA-nın təmsil olunduğu xüsusi stenddə Agentlik tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək və xidmətlər barədə məlumat verilib. Agentliyin Gəncə və Şəmkir KOB dostları tərəfindən sahibkarlıq fəaliyyətinə maraq göstərən yaradıcı şəxslərə bu barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, sərgi-satış yarmarkasının keçirilməsində məqsəd sənətkarlıq məhsullarının satışına və bu sahədə alıcıq qabiliyyətinin artırılmasına dəstək olmaq, regionun sənətkarlıq nümunələrinin tanıdılması, qədim sənət ənənələrinin dirçəldilməsi və şəhərin mədəni həyatının canlandırılması, eləcə də yaradıcılıqla məşğul olan insanlar ilə sənətkarlar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi olmuşdur.

← Geriyə