Xəbərlər

  • Yenilənib 23.04.2020 19:01
  • Yaradılıb 23.04.2020 18:05

KOBİA-nın "Könüllülər ili"nə töhfəsi: "Könüllünün öz/əl kitabı" çap olunub

 

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2020-ci il ölkəmizdə "Könüllülər ili" elan edilib. "Könüllülər ili"nə töhfə vermək məqsədilə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və "KOB könülllüləri"nin təşəbbüsü ilə "Könüllünün öz/əl kitabı" nəşr edilib.

Könüllülük fəaliyyətinin təşviqi məqsədilə çap olunmuş kitab işgüzar inkişafında, karyerasında uğur qazanmaq istəyən, könüllü kimi ilk addımlarını atan gənclərə, o cümlədən hazırda könüllü fəaliyyəti göstərən tələbələrə, həmçinin onların valideynlərinə, könüllü cəlb etmək istəyən dövlət və özəl qurumlara ünvanlanıb.

13 min tirajla nəşr olunmuş "Könüllünün öz/əl kitabı" könüllülüyün tarixi, bu sahədə beynəlxalq təcrübə, könüllülərlə işin təşkili, ölkəmizdə fəaliyyət göstərən milli könüllü təsisatları barədə məlumatların yer aldığı 13 bölmədən ibarətdir. Gənclərin və könüllülərin gələcək fərdi və biznes yönümlü inkişafında, karyera planlaşdırmasında əhəmiyyətli vasitələrdən olan "Könüllünün öz/əl kitabı" 2020-ci il ərzində ölkəmizdə fəaliyyət göstərən təşkilatların könüllülərinə pulsuz olaraq paylanılacaqdır.

← Geriyə