Beynəlxalq donorlar

  • Yaradılıb 01.10.2012 13:10
  • Yenilənib 16.04.2019 14:08
  • Nəşr edilib 01.10.2012 13:10

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi

 

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) yaradılmasının əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə qrant yardımı və texniki əməkdaşlıq proqramları həyata keçirməklə Koreyanın qrant yardımı proqramlarının rolunun artmasına nail olmaqdır. Təşkilat 1991-ci ildə təsis olunmuş və baş ofisi Cənubi Koreyanın Seul şəhərində yerləşir. 2017-ci ilin noyabr ayının 28-dən etibarən Le Mikyunnq KOICA-ya rəhbərlik edir. Təşkilatın 44 tərəfdaş ölkədə nümayəndəlikləri mövcuddur. Əsas fəaliyyət sahələri təhsil, səhiyyə, dövlət idarəetməsi, kənd təsərrüfatı və balıqçılıq, sənaye və enerjidir.

Ölkəmizin KOICA ilə əməkdaşlığı 1994-cü ildə başlamışdır. Belə ki, həmin il təxirəsalınmaz vəziyyətlə əlaqədar təşkilat Azərbaycana yardım etmişdir. KOICA-nın Azərbaycan Nümayəndəliyi 2009-cu ilin fevral ayında açılmışdır. Ölkə üzrə rezident nümayəndə xanım Park Kumokdur. KOICA tərəfindən 2008-2015-ci illər ərzində 10 layihənin icrası başa çatdırılmış, hal-hazırda 1 layihənin icrası davam etdirilməkdədir.

KOICA-nın ölkəmizdə gələcək fəaliyyəti “Koreya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Qrant yardımına dair Çərçivə Sazişi” ilə tənzimlənməsi nəzərdə tutulur. Hazırda sözügedən Sazişin imzalanması üzrə qarşılıqlı müzakirələr davam etdirilir.

KOICA tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:

1

Müəllimlərin potensialının artırılması və Azərbaycan Təhsil Nazirliyi üçün Təhsil informasiya Sisteminin yaradılması texniki yardım (qrant) layihəsi

Benefisiar: Təhsil Nazirliyi

Müddəti: 2017-2019

www.koica.go.kr

← Geriyə