Xəbərlər

  • Yaradılıb 10.06.2019 15:42
  • Yenilənib 10.06.2019 15:42
  • Nəşr edilib 10.06.2019 14:00

Mini-futbol çempionatı başa çatıb

 

İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş mini-futbol çempionatına yekun vurulub.

Mayın 10-da start verilən turnirdə İqtisadiyyat Nazirliyinin qurumlarının 16 komandası iştirak edirdi.

Bir aya yaxın davam edən yarışların final görüşündə “Təmiz Şəhər” ASC və “Azərlotereya” ASC komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Azərlotereya” ASC-nin komandası 3-2 hesabı ilə qalib gələrək turnirin qalibi olub. Balaxanı Sənaye Rarkınn komandası 3-cü, KOBİA komandası isə 4-cü yeri tutub.

Mini-futbol çempionatında ilk üç yeri tutan komandalara və fərqlənən idmançılara fəxri fərman və mükafat, turnirin qalibinə isə kubok təqdim edilib.

← Geriyə