İnvestisiyalar

  • Yenilənib 18.07.2019 14:29
  • Yaradılıb 24.09.2012 07:52

Xarici investisiyanın cəlb olunması üçün potensial sahələr

 

SƏNAYE SAHƏSİ

 

Kimya, metallurgiya və energetika sənayeləri

  • nisbətən az enerji və su tutumlu yerli istehlak və ixrac yönümlü polimer materialların istehsalı;
  • yerli istehlak və ixrac yönümlü qara metallurgiya məhsullarının istehsalı;
  • əlvan metal və qırıntılarından yerli istehlak və ixrac yönümlü son məhsul istehsalı (alüminium oksidləri və emal olunmuş alüminium, mis, qızıl, gümüş, platin və s.);
  • parfumeriya məhsullarının istehsalı;
  • poliüretan məhsullarının istehsalı;
  • alternativ və bərpa olunan enerji mənbələrindən enerji istehsalında istifadə olunan müxtəlif növ avadanlıqların istehsalı;
  • bərk məişət tullantılarının təkrar emalı müəssisələri;
  • energetika avadanlıqlarının istehsalı;
  • plastik qab istehsalı;
  • kommunal təsərrüfat avadanlıqlarının istehsalı.

 

Maşınqayırma sənayesi və tikinti materiallarının istehsalı

  • mövcud maşınqayırma müəssisələrinin özəlləşdirilməsinə müasir texnologiyalar və müvafiq nou-hauya malik xarici investorların cəlb edilməsi;
  • dəmir yolu və metropolitendə istifadə olunan vaqon, lokomotiv, eskalatorlar üçün ehtiyat hissələrinin hazırlanması və təmiri müəssisələri;
  • avtomobil nəqliyyat üçün ehtiyat hissələrinin hazırlanması və təmiri müəssisələri;
  • inşaat materiallarının istehsalı;
  • tibbi cihazlar və avadanlıqların istehsalı;
  • məişət texnikasının istehsalı.

 

Yeyinti və yüngül sənaye

  • pambıq və pambıq məhsullarının emalı;
  • yun emalı;
  • gön-dəri emalı;
  • baramaçılıq təsərrüfatlarının yaradılması;
  • yerli xammala əsaslanan toxuculuq və tikiş məhsullarının istehsalı:
  • əl ilə toxunan xalçalar;
  • yüksək keyfiyyətli ayaqqabı istehsalı;
  • ağac emalı və mebel istehsalı;
  • tarixi-mədəni, milli-tətbiqi sənətkarlıq məhsullarının istehsalı (milli suvenirlər, hədiyyələr, mis qablar və s.);
  • məhsulların qablaşdırılması üçün tara və avadanlıqlar istehsalı;
  • ərzaq məhsullarının istehsalı;
  • kənd təsərrüfatı məhsullarının emalı.

 

 

AQRAR SAHƏ

Aqrar sektorun maddi-texniki bazası

  • kənd təsərrüfatı məhsullarının uzunmüddətli saxlanılması məqsədilə regionlarda soyuducu kameralar, anbarlar, elevatorlar və s. ilə bağlı layihələr;
  • kənd təsərrüfatı texnikası və ehtiyat hissələrinin, gübrələrin və bitki mühafizəsi vasitələrinin, baytarlıq preparatlarının istehsalı;
  • heyvandarlıq və quşçuluq sənayesinin tələbatını təmin etmək üçün müasir tipli yem emalı müəssisələrinin tikintisi və məhsul istehsalı;
  • un dəyirmanlarının tikintisi.

 

Bitkiçilik

  • pambıqçılıq;
  • üzümçülük, meyvəçilik;
  • tütünçülük;
  • şəkər çuğunduru;
  • taxılçılıq;
  • toxumçuluq, tingçilik təsərrüfatlarının yaradılması;
  • tərəvəzçilik və bostançılıq;
  • çayçılıq;
  • yağlı bitkilər, zeytunçuluq, günəbaxan;
  • ekoloji kənd təsərrüfatı məhsullarının istehsalı;
  • intensiv bağçılıq təsərrüfatlarının yaradılması.

 

Heyvandarlıq

  • cins heyvanların yetişdirilməsi üzrə təsərrüfatlar;
  • quşçuluq, damazlıq quşçuluq;
  • arıçılıq;
  • balıqçılıq;
  • damazlıq və südlük istiqamətli iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılması.

 

İKT SAHƏSİ

  • milli telekommunikasiya peykinin orbitə çıxarılması, kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində dövlət və özəl sektor arasında əməkdaşla xarici investorların cəlb edilməsi;
  • İKT məhsullarının istehsalı;
  • rəqəmsal yayımverici və qəbuledici avadanlıqların istehsalı;
  • kompüter texnologiyaları;
  • elm və texnologiyaya əsaslanan informasiya sahələri.

 

TURIZM SAHƏSİ

  • dağ idman növlərinin inkişafı;
  • kurort-sanatoriya, turist-baza kompleksləri;
  • müalicəvi turizm istirahət mərkəzləri;
  • regionlarda mehmanxanalar.
  •  

← Geriyə