Prezidentin regionlara səfərləri

  • Yenilənib 18.11.2021 13:54
  • Yaradılıb 17.05.2021 14:00

Azərbaycan Respublikası Prezidentinin iştirak etdiyi tədbirlər haqqında

MƏLUMAT

 

S/S

Rayon (şəhər) adı

Tarix

Obyektlərin adı

2021-ci ilin 9 ayı

Bakı iqtisadi rayonu

1.

Bakı şəhəri

28 yanvar

1. Sabunçu rayonunda yenidən inşa olunan 90 saylı orta məktəbdə yaradılan şəraitlə tanışlıq;

2. Suraxanı rayonunda 97 saylı orta məktəbdə yaradılan şəraitlə tanışlıq;

1 fevral

3. Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak;

8 fevral

4. Baş Prokurorluğun yeni inzibati bina kompleksinin açılışında iştirak;

25 fevral

5. Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılışında iştirak;

6. Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak;

1 mart

7. Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak;

8. “Suraxanı” tanker-muzeyin açılışında iştirak;

9. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışında iştirak;

12 mart

10. Daxili Qoşunların yeni inşa olunan “N” hərbi hissəsinin açılışında iştirak;

30 mart

11. 4 saylı DOST mərkəzinin açılışında iştirak;

12 aprel

12. Hərbi Qənimətlər Parkının açılışında iştirak;

16 aprel

13. Pirşağı qəsəbəsində yenidənqurma və təmir-bərpa işlərinin təməl qoyulması tədbirində iştirak;

19 aprel

14. Yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışında iştirak;

29 may

15. Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak;

16. İqtisadiyyat Nazirliyinin yeni binasının açılışında iştirak;

17. Bakı Metropoliteninin “8 Noyabr” stansiyasında yaradılan şəraitlə tanışlıq;

3 iyun

18. 110/35/6 kilovoltuq “Binəqədi” yarımstansiyasının açılışınında iştirak;

18 iyun

19. “Intercontinental” otelinin açılışında iştirak;

24 iyun

20. “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlıq;

26 iyun

21. Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin yeni hərbi şəhərciyində və hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanışlıq;

29 iyun

22. “Courtyard by Marriott Baku” otelinin açılışında iştirak;

1 iyul

23. Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak;

14 iyul

24. Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak;

3 avqust

25. 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak;

6 avqust

26. Əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Suraxanı” yarımstansiyasının açılışında iştirak;

26 avqust

27. “Gənclik” parkının açılışında iştirak;

10 sentyabr

28. “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak;

15 sentyabr

29. “Buzovna-1” yarımstansiyasının açılışında iştirak;

21 sentyabr

30. Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanışlıq;

21 sentyabr

31. Sabunçu rayonunda 307 saylı orta məktəbdə yaradılan şəraitlə tanışlıq;

21 sentyabr

32. Bakı Avropa Liseyinin yeni binasının açılışında iştirak;

Abşeron-Xızı iqtisadi rayonu

2.

Sumqayıt şəhəri

18 yanvar

33. “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı zavodunun təməlqoyma mərasimində iştirak;

34. “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodunun təməlqoyma mərasimində iştirak;

35. “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışında iştirak;

3 sentyabr

36. Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” MMC-nin açılışında iştirak;

37. Sumqayıt Məhkəmə Kompleksinin açılışında iştirak;

38. 20 nömrəli tam orta məktəbin açılışında iştirak;

39. Güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak;

40. Sumqayıt Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışında iştirak;

3.

Abşeron rayonu

1 fevral

41. Yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyalarının açılışında iştirak;

42. Xırdalan şəhərində 3 saylı texniki-təbiət fənləri təmayüllü məktəb-liseydə yaradılan şəraitlə tanışlıq;

43. Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak;

22 aprel

44. Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimində iştirak;

14 iyul

45. DOST Mərkəzinin açılışında iştirak;

9 avqust

46. Əsaslı şəkildə yenidən qurulan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasının açılışında iştirak;

26 avqust

47. Şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak;

Qarabağ iqtisadi rayonu

4.

Şuşa şəhəri

14 yanvar

48. Dövlət başçısı işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri;

16 mart

49. İşğaldan azad edilmiş Şuşa şəhərinə səfəri;

12 may

50. 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışında iştirak;

51. “Xarıbülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak;

52. “Xarıbülbül” otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanışlıq;

53. Yeni məscidin təməl qoyma mərasimində iştirak;

54. Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada görülən işlərlə tanışlıq;

55. Xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış;

56. Bərpa edilən “Xan qızı” bulağına baxış;

57. Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanışlıq;

58. Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanışlıq;

59. 1 saylı ümumtəhsil məktəbinin təməlqoyma mərasimində iştirak;

60. “Xarıbülbül” festivalının açılışında iştirak;

13 may

61. Yuxarı Gövhərağa məscidində aparılan bərpa işləri ilə tanışlıq;

62. Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalında baş tutan qala-konsert;

15 iyun

63. Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəllərinə baxış;

64. “Xan qızı” bulağına baxış;

65. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdimatı;

29 avqust

66. “Qarabağ” hotelinin açılışında iştirak;

67. Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada aparılan bərpa işləri ilə tanışlıq;

68. Molla Pənah Vaqifin Şuşada büstünün açılışında iştirak;

69. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimində iştirak;

70. Bülbülün ev-muzeyinin açılışında iştirak;

71. Üzeyir Hacıbəylinin heykəlinin açılışında iştirak;

72. Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanışlıq;

73. “Otel və Konfrans Mərkəzi”nin təməlqoyma mərasimində iştirak;

74. Şuşa şəhərinin baş planın təqdimatında iştirak;

75. Vaqif Poeziya Günlərinin açılışında iştirak;

76. Şuşada təşkil edilən sərgilərlə tanışlıq;

5.

Füzuli rayonu

14 yanvar

77. Füzuli-Şuşa yolunun təməlqoyma mərasimində iştirak;

78. Füzuli Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində iştirak;

14 fevral

79. Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlqoyma mərasimində iştirak;

15 mart

80. İşğaldan azad edilmiş Füzuli rayonuna səfəri;

14 iyun

81. Aşağı Köndələnçay su anbarında görülən işlərlə tanışlıq;

82. Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanışlıq;

83. “Füzuli” yarımstansiyasının açılışında iştirak;

84. Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanışlıq;

85. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlqoyma mərasimində iştirak;

29 avqust

86. Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanışlıq;

87. Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanışlıq;

6.

Xocavənd rayonu

15 mart

88. İşğaldan azad edilmiş Xocavənd rayonuna səfəri;

7.

Ağdam rayonu

28 may

89. Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak;

90. Ağdam şəhər meşə-parkında ağac əkilməsi mərasimində iştirak;

91. Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak;

92. Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak;

93. Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində iştirak;

94. Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin təməlqoyma mərasimində iştirak;

95. Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimində iştirak;

96. Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak;

97. Qiyaslı məscidində və Şahbulaq qalasında görülən işlərlə tanışlıq;

Şirvan-Salyan iqtisadi rayonu

8.

Hacıqabul rayonu

20 aprel

98. Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak;

99. Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi tədbirində iştirak;

100. Fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə tanışlıq;

101. "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatında iştirak;

102. "Qarasu" yarımstansiyasının istismara verilməsi tədbirində iştirak;

103. “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak;

Şərqi Zəngəzur iqtisadi rayonu

9.

Cəbrayıl rayonu

14 fevral

104. İşğaldan azad edilmiş Cəbrayıl rayonuna səfəri;

26 aprel

105. İşğaldan azad edilmiş Cəbrayıl rayonuna səfəri;

10.

Laçın rayonu

14 fevral

106. İşğaldan azad edilmiş Laçın rayonuna səfəri;

16 avqust

107. İşğaldan azad edilmiş Laçın rayonuna səfəri;

11.

Zəngilan rayonu

14 fevral

108. İşğaldan azad edilmiş Zəngilan rayonuna səfəri;

26 aprel

109. İşğaldan azad edilmiş Zəngilan rayonuna səfəri;

12.

Kəlbəcər rayonu

16 avqust

110. İşğaldan azad edilmiş Kəlbəcər rayonuna səfəri;

Naxçıvan iqtisadi rayonu

13.

Naxçıvan MR

10 may

111. Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak;

112. Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak;

113. “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanışlıq;

114. “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak;

115. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında iştirak;

116. Süni Mayalanma Mərkəzinin açılışında iştirak;

117. Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak;

118. Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanışlıq;

119. “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak;

120. Ordubad dəmir yolu stansiyasında görülən işlərlə tanışlıq;

Şəki-Zaqatala iqtisadi rayonu

14.

Qəbələ rayonu

15 may

121. Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilməsi tədbirində iştirak;

122. Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində təmir-bərpa işləri ilə tanışlıq;

123. Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində iştirak;

124. Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında iştirak;

Gəncə-Daşkəsən iqtisadi rayonu

15.

Daşkəsən rayonu

22 iyul

125. AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanışlıq;

126. “Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülmüş işlərlə tanışlıq;

16.

Gəncə şəhəri

22 iyul

127. Ermənistanın raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanışlıq;

17.

Naftalan şəhəri

22 iyul

128. Naftalan şəhər hava limanı ilə tanışlıq;

129. Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirak;

130. Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi tədbirində iştirak;

18.

Goranboy rayonu

22 iyul

131. Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirak;

132. Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak;

← Geriyə