Xəbərlər

  • Yenilənib 03.06.2021 11:54
  • Yaradılıb 01.06.2021 18:25

         Qadın sahibkarların əl işlərinin satış-sərgisi təşkil olunub

 

İyunun 1-də Xaçmaz rayonunda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) tərəfindən qadın sahibkarların əl işlərindən ibarət satış-sərgi təşkil olunub.

“Xaçmaz KOB evi”nin qarşısındakı parkda keçirilmiş sərginin məqsədi qadın sahibkarların əl işlərinin satışına dəstək göstərməkdir.

Sərgidə Xaçmaz rayonundan olan 10-a yaxın qadın sahibkar tərəfindən hazırlanmış toxuma oyuncaqlar, aksesuarlar, sabunlar, dekorativ əşyalar və digər əl işləri nümayiş olunub.

← Geriyə