Xəbərlər

  • Yenilənib 15.09.2021 09:49
  • Yaradılıb 14.09.2021 19:00

Qiymətli kağızların buraxılışı və Fond Birjasında listinq” mövzusunda təlim keçirilib

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Sahibkarlığın İnkişafı Fondu və Bakı Fond Birjası tərəfindən yerli sahibkarlar üçün “Qiymətli kağızların buraxılışı, Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzularında onlayn təlim təşkil edilib.

Təlimdə kapital bazarı barədə məlumat verilib, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı təqdimat keçirilib.

Tədbirdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən korporativ istiqrazların güzəştli şərtlərlə alışına dair Fond tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən bəhs olunub. Korporativ istiqraza yatırım mexanizminin əsas təfərrüatları vurğulanıb, istiqrazların kapital xərclərinin azaldılması, maliyyə mənbələrinin genişləndirilməsində rolu və sahibkarlar üçün digər üstünlükləri qeyd edilib.

Sahibkarlığın İnkişafı Fondu tərəfindən Bakı Fond Birjası və Mərkəzi Bankla əməkdaşlıq çərçivəsində sahibkarlar arasında maliyyə savadlılığının artırılması istiqamətində birgə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

← Geriyə