Sahibkarlığa dəstək

  • Yaradılıb 25.09.2012 08:03
  • Yenilənib 06.05.2019 15:54
  • Nəşr edilib 25.09.2012 08:03

Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.3-cü bəndinə əsasən qrant müqavilələrinin (qərarlarının) qeydə alınması kommersiya qurumlarına və publik hüquqi şəxslərə  münasibətdə İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. İqtisadiyyat Nazirliyinin “economy.gov.az” rəsmi informasiya ehtiyatında qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı elektron xidmət (https://e-services.economy.gov.az/qrantlar/qrantForm.aspx) fəaliyyət göstərir. İstifadəçilər həmin xidmət vasitəsilə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər. 

“Qrant haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq İqtisadiyyat Nazirliyi tərəfindən 2018-ci ildə 17 qrant müqaviləsi, 2019-cu ilin I rübündə 4 qrant müqaviləsi qeydə alınmışdır.

Qrant müqavilələrinə əsasən kənd təsərrüfatı, təhsil, elm, innovativ texnologiyaların dəstəklənməsi, mikro və kiçik sahibkarlığın, ailə biznesinin, fermer təsərrüfatlarının inkişafı, regionlarda, xüsusilə də, məcburi köçkünlər arasında məşğulluğun artırılması istiqamətlərinə yönəldilməsi nəzərdə tutulmuşdur.

 

 

← Geriyə