Xəbərlər

  • Yaradılıb 30.01.2019 16:13
  • Yenilənib 30.01.2019 16:13
  • Nəşr edilib 30.01.2019 16:10

RF Qaraçay-Çərkəz Respublikasının rəhbəri Azərbaycana gələcək

 

Fevralın 1-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

Səfər çərçivəsində görüşlər keçiriləcək, ölkəmizlə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikası arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları müzakirə ediləcək.

Qaraçay-Çərkəz Respublikası nümayəndə heyəti səfər zamanı bir sıra müəssisələrdə də olacaqdır. 

 

← Geriyə