Xəbərlər

  • Yenilənib 19.05.2021 15:40
  • Yaradılıb 19.05.2021 15:00

Sahibkarlığın güzəştli qaydada maliyyələşdirilməsi davam etdirilir

 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsini davam etdirir.

Bu ilin ilk 4 ayı ərzində Fond tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 217 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 18,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması nəticəsində 600-dək yeni iş yerinin açılması imkanı yaranıb.

Verilən kreditlərin 43%-i aqrar sektorun, 57%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalına yönəldilib. Güzəştli kreditlərin 73%-i regionlarda, 27%-i isə Bakı şəhərinin qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib.

← Geriyə