Xəbərlər

  • Yaradılıb 20.12.2018 17:31
  • Yenilənib 25.12.2018 11:21
  • Nəşr edilib 20.12.2018 16:35

Sahibkarlığın İnkişafı Fondunda müvəkkil kredit təşkilatlarının

nümayəndələri ilə görüş keçirilib

 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları ilə güzəştli kredit əldə etmək istəyən sahibklarlar arasında daha sıx əlaqələrin yaradılması imkanları müzakirə olunub.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının Fərmanı ilə sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılması, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə yaradılmış Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətindəki yeniliklər barədə məlumat verib, müvəkkil kredit təşkilatları və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində müvəkkil kredit təşkilatları nümayəndələri ilə müzakirələr aparılıb, 2019-cu ildə güzəştli kreditlər ayrılacaq prioritet istiqamətlər barədə məlumat verilib, sualları cavablandırılıb

← Geriyə