Beynəlxalq donorlar

  • Yenilənib 18.05.2020 20:32
  • Yaradılıb 01.10.2012 13:10

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi


 

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) 1992-ci ildə təsis olunmuşdur. Baş ofisi İsveçrənin Bern şəhərində yerləşir. Direktoru 2011-ci ilin 1 aprel tarixindən Mari-Qabriel İneyşen-Fleyşdir.

SECO-nun vəzifəsi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin, həmçinin Avropa İttifaqına yeni üzv qəbul olunmuş ölkələrin iqtisadiyyat və ticarət meyarlarını planlaşdırmaq və həyata keçirməkdir. SECO 24 ölkədə fəaliyyət göstərir.

SECO ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri 1990-cı illərin ortalarından yaranmışdır. Texniki və maliyyə əməkdaşlığı üzrə ikitərəfli layihələr 1998-ci ildən başlayaraq həyata keçirilməkdədir. SECO-nun Azərbaycan üzrə proqramı əsasən infrastruktur, özəl sektorun inkişafı, siyasi məsləhət və potensialın artırılması sahələrini əhatə edir.

Ümumilikdə, İsveçrə Hökuməti tərəfindən Azərbaycana 92.1 milyon ABŞ dollarına yaxın dəyərdə qrant və texniki yardım ayrılıb. Regional layihələr də daxil olmaqla Azərbaycanda bu günə kimi 64 layihənin icrası başa çatmışdır. Hazırda SECO-nun maliyyəsi hesabına 7 layihənin icrası davam edir.

 

SECO tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:

1

Maliyyə Sektorunun Müasirləşdirilməsi Proqramı 2

Benefisiarlar: , Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu

Müddəti: 2016-2021

2

Azərbaycan Respublikasının Vergilər Nazirliyinə texniki dəstəyin göstərilməsi

Benefisiar: Dövlət Vergi Xidməti

Müddəti: 2018-2020

 

3

Azərbaycan Respublikasında dövlət borclarının idarəedilməsinin gücləndirilməsi

Benefisiarlar: Maliyyə Nazirliyi, Mərkəzi Bank

Müddəti: 2019-2021

4

Hökumət borcları və risklərin idarəedilməsi Proqramı 2

Benefisiarlar: Maliyyə Nazirliyi

Müddəti:2017-2021

 

5

 

 

Azərbaycanda investisiya mühiti və aqrobiznesdə rəqabətlilik

Benefisiarlar: İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Dövlət Komissiyası

Müddəti:2019-2020

6

Azərbaycan və Mərkəzi Asiya ölkələrində mobil pul layihəsi

Benefisiarlar: Mərkəzi Bank,

Müddəti: 2017-2021

7

Mərkəzi Banklar üçün ikitərəfli yardım və potensialın gücləndirilməsi

Benefisiar: Mərkəzi Bank

Müddəti: 2018-2022

← Geriyə