Xəbərlər

  • Yenilənib 20.07.2021 14:12
  • Yaradılıb 20.07.2021 14:00

Şənlik mərasimlərinə nəzarət tədbirləri davam edir

 

Aidiyyəti qurumların monitorinq qrupları tərəfindən şənlik mərasimlərinin keçirildiyi obyektlərdə karantin şərtlərinə əməl olunmasına nəzarət tədbirləri davam edir.

İyulun 20-də keçirilmiş monitorinqlər zamanı şənlik mərasimlərinin icaze.e-gov.az portalında qeydiyyatdan keçirilməsi, tədbir təşkil edilən məkanların ərazisi, stollar ətrafında və arasında məsafə, işçi heyətin müvafiq vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin olunması, qonaqların COVID-19-a qarşı peyvənd edilməsi və ya sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədin mövcudluğu və s. məsələlər araşdırılıb.

Araşdırma zamanı şənlik mərasimlərinn keçirildiyi bir sıra məkanlarda tələblərin pozulması halları müəyyən edilib. Monitorinq qruplarının toy sahibləri ilə apardığı profilaktik izahatdan sonra bu cür hallar aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub, monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim edilib.  

Şənlik mərasimləri təşkil edən vergi ödəyicilərinin və vətəndaşların bir daha nəzərinə çatdırılır ki, sağlamlığın qorunması baxımından müəyyən edilmiş qaydalar və şərtlərə əməl olunması vacib şərtdir.  Məkan sahibləri şənlik məclislərini müvafiq portalda əvvəlcədən qeydiyyata salmalı, zalların ölçüsünə uyğun qonaq qəbul edilməsinə xüsusi diqqət yetirməlidirlər. Bu cür tədbirlərin təşkili zamanı anlaşılmazlıqların baş verməməsi üçün qonaqların say məhdudiyyəti faktorunu nəzərə almaları, məclis iştirakçılarının müvafiq sənədlərə malik olmasını əvvəlcədən dəqiqləşdirmələri tövsiyə edilir.

← Geriyə