Xəbərlər

  • Yenilənib 09.09.2021 14:14
  • Yaradılıb 09.09.2021 13:00

Startaplar arasında “İdeyadan uğurlu biznesə” müsabiqəsinə start verilir

 

“İdeyadan uğurlu biznesə” startap müsabiqəsi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Ekvita” şirkətinin dəstəyi ilə Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində keçirilir.  

Müsabiqənin məqsədi Azərbaycan regionları üzrə ən uğurlu startapları müəyyən etmək və onların potensialını üzə çıxarmaqdır. Eyni zamanda müsabiqə Azərbaycanda yeni biznes ideyaların, məhsul və xidmətlərin yaradılmasına və inkişafına dəstək göstərilməsini nəzərdə tutur.

Müsabiqəyə təqdim olunacaq startap layihələri yerli və xarici ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qalib olacaq 3 iştirakçıya pul mükafatı veriləcək, eləcə də təqdim etdikləri startapların inkişafı üçün mentorluq xidməti və işgüzar əlaqələrinin qurulmasında dəstək göstəriləcəkdir.    

“İdeyadan uğurlu biznesə” startap müsabiqəsinin qalibləri həmçinin, mikro və kiçik sahibkarlıq subyekti kimi “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət edə biləcəklər. Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

“İdeyadan uğurlu biznesə” startap müsabiqəsində iştirak etmək istəyən şəxslər 24 sentyabr 2021-ci il tarixinə qədər müvafiq formanı (https://bit.ly/3l2uzES) doldurmaqla müsabiqədə iştirak edə bilərlər.

 

Müsabiqənin seçim prosesi:

Müraciət və qeydiyyatdan keçmə tarixləri:           09.09.2021 – 24.09.2021

Yarım final mərhələsi:                                          30.09.2021

Final mərhələsi:                                                   05.10.2021

 

Namizədə dair tələblər:  

- Azərbaycan vətəndaşı olmalıdır;

- Bakı şəhəri istisna olmaqla, Azərbaycanın regionlarında rəsmi qeydiyyatda olmalıdır;

- Müraciət edən şəxsin yaşı 18-dən az, 29-dan çox olmamalıdır;

- Digər şərtlərlə bu linkdən tanış olun https://bit.ly/3jWOvJX

 

Müsabiqənin mükafat fondu:

I yer:    1 000 manat

II yer:   700 manat

III yer:  500 manat

← Geriyə