Xəbərlər

  • Yaradılıb 04.02.2019 17:50
  • Yenilənib 04.02.2019 17:50
  • Nəşr edilib 04.02.2019 17:40

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 4 medal qazanıblar

 

Fevralın 1-2-də Rusiyanın Voljsk şəhərində 2006-cı il təvəllüdlü və daha azyaşlı stolüstü tennisçilər arasında beynəlxalq turnir keçirilib.

Qadınlar arasında şəxsi yarışlarda stolüstü tennisçimiz Mehriban Dadaşova bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Digər stolüstü tennisçimiz Fatimə Cəfərova isə gümüş medal qazanıb.

Oğlanlar arasında  şəxsi yarışlarda Xaliq Becanov gümüş, Hacımurad Məmmədbəyov isə bürünc medala sahib olublar.

 

← Geriyə