Xəbərlər

  • Yaradılıb 12.03.2019 09:18
  • Yenilənib 12.03.2019 13:30
  • Nəşr edilib 11.03.2019 18:10

Stolüstü tennisçilərimiz Qazaxıstanda gümüş medal qazanıblar

 

Qazaxıstan Stolüstü Tennis Federasiyasının dəvəti ilə stolüstü tennis üzrə yığma komandamız 10-13 mart 2019-cu il tarixlərində Qazaxıstanın Çimkənt şəhərində keçirilən beynəlxlaq turnirdə iştirak edir. 7 ölkəni təmsil edən qızlardan ibarət 19 komandanın iştirak etdiyi turnir Qazaxıstanın milli qəhrəmanı Akpan Batırın xatirəsinə həsr olunub.

Komanda yarışlarında Məryəm İmanova və Nəzakət Qarayevadan ibarət yığmamız gümüş medal qazanıblar.

Turnir şəxsi oyunlarla davam edir.

← Geriyə