Xəbərlər

  • Yaradılıb 04.07.2019 12:37
  • Yenilənib 04.07.2019 12:37
  • Nəşr edilib 04.07.2019 07:00

       Strateji yol xəritəsinin icra vəziyyəti müzakirə olunub

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) strateji yol xəritəsi üzrə yaradılmış müvafiq işçi qruplarının növbəti iclasları keçirilib.

Iclaslarda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti müzakirə edilib.

İqtisadiyyat, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ədliyyə, Gənclər və İdman nazirliklərinin, KOBİA-nın, Azərbaycan Milli Elmlər Akademiyasının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclaslarda biznes inkubatorların inkişafı, sahibkar düşüncə tərzinin təşviqində beynəlxalq təcrübənin öyrənilməsi, KOB subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi, dövlət-özəl əməkdaşlığının genişləndirilməsi, biznes assosiasiyalarının fəaliyyətlərinin gücləndirilməsi, qadın sahibkarlığına informasiya dəstəyinin göstərilməsi, eləcə də Strateji Yol Xəritəsində nəzərdə tutulan digər istiqamətlərdə görülmüş işlər müzakirə edilib, növbəti dövr üçün hədəflər və fəaliyyət istiqamətləri müəyyən edilib.

 

 

← Geriyə