Beynəlxalq donorlar

  • Yenilənib 02.11.2020 10:55
  • Yaradılıb 25.07.2013 10:15

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi

 

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) 1992-ci ildə Türkiyə Xarici İşlər Nazirliyinin nəzdində xarici yardımların göstərilməsi məqsədilə yaradılmışdır. 28 may 1999-cu il tarixindən etibarən isə Türkiyə Respublikasının Nazirlər Kabinetinə tabe edilmişdir. 22 aprel 2019-cu ildən Serkan Kayalar təşkilata rəhbərlik edir.

TİKA-nın dünyanın 48 ölkəsində 50 Əməkdaşlıq Ofisi fəaliyyət göstərir. Eyni zamanda, dünyanın 100-ə yaxın ölkəsində müxtəlif inkişaf mərkəzləri ilə aidiyyəti sahələr üzrə əməkdaşlıq edilir.

Təşkilatın Bakı Proqram Koordinasiya Ofisi 1994-cü ildən etibarən fəaliyyət göstərir və Ofisə 2018-ci ilin 1 avqust tarixindən etibarən Teoman Tiryaki rəhbərlik edir. Layihələr birdəfəlik əsasda kiçik həcmli yardımlar formasında həyata keçirilir və kənd təsərrüfatı, turizm, institusional infrastrukturun inkişaf etdirilməsi, iqtisadi, texniki, sosial, mədəni və səhiyyə sahələri üzrə fəaliyyətlərdə Azərbaycanın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq qurulmasına xüsusi əhəmiyyət verilir.

← Geriyə