İşə qəbul - elanlar

  • Yenilənib 09.11.2020 11:08
  • Yaradılıb 29.09.2020 16:45

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə

 ELANI

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilir. Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan məlumat əldə edə bilərsiniz.

Müsahibədə vakant vəzifənin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd 29 sentyabr 2020-ci il tarixdən 28 oktyabr 2020-ci il tarixədək “Dövlət qulluğu üzrə müraciət Forması”nda tələb olunan müvafiq məlumatları Dövlət İmtahan Mərkəzinin internet portalına daxil edərək məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.

← Geriyə