Xəbərlər

  • Yaradılıb 14.05.2019 09:35
  • Yenilənib 14.05.2019 09:36
  • Nəşr edilib 13.05.2019 13:00

Ümummilli Liderin xatirəsinə həsr edilmiş mini-futbol turniri

 

İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Nazirliyin aparatı və strukturuna daxil olan qurumlar arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol çempionatı keçirilir.

Artıq ənənə halına çevrilmiş turnirdə Nazirliyin strukturlarında çalışan əməkdaşlardan ibarət 16 komanda iştirak edir.  

Mini-futbol turniri iyunun 8-də başa çatacaq və ilk üç yeri tutan komanda və fərqlənən idmançılar mükafatlandırılacaqlar.

← Geriyə