Beynəlxalq donorlar

  • Yenilənib 16.05.2021 12:08
  • Yaradılıb 01.10.2012 13:15

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı

 

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) 1965-ci ildə BMT-nin Texniki Yardım üzrə Genişlənmə Proqramı və BMT-nin Xüsusi Fondunun birləşməsi əsasında yaradılmışdır. Baş Ofisi Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşir. Rəhbəri 19 iyun 2017-ci ildən etibarən Axim Ştaynerdir. UNDP dünyanın 177 ölkəsində fəaliyyət göstərir.

UNDP 1992-ci ildən etibarən Azərbaycan Respublikasında fəaliyyət göstərir və BMT-yə üzvlükdən sonra ölkədə fəaliyyətə başlayan ilk BMT qurumudur. Azərbaycan üzrə Rezident Nümayəndə Alessandro Frakassettidir.

Hazırda UNDP-nin ölkəmizdə əsas fəaliyyəti dayanıqlı iqtisadi inkişaf və layiqli məşğulluq, insan kapitalının gücləndirilməsi, ətraf mühit üzrə idarəçilik, habelə təbii fəlakətlər və fövqəladə hallara qarşı dayanıqlılıq sahələrini əhatə edir. Qeyd olunan sahələrdə təşkilat tərəfindən hazırda 17 layihə icra olunur.

 

UNDP tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:

 

 

1

Azərbaycanda İnnovasiya və Məşğulluğun inkişafı

Benefisiar: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Müddəti: 2019-2021

(USAID), (UNDP)

 

2

Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək

Benefisiar: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Müddəti: 2019-2022

(USAID), (UNDP)

3

Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını təmin etmək üçün yeni əsasların yaradılması

Benefisiar: Gənclər və İdman Nazirliyi

Müddəti: 2018-2021

(UNDP), (Azərbaycan Hökuməti)

4

Azərbaycanda qadınların iqtisadi səlahiyyətlərinin artırılması

Benefisiar: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Müddəti: 2018-2021

(SECO)

5

Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi

Benefisiar: İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Müddəti: 2017-2021

(Avropa İttifaqı – Aİ), (UNDP)

6

Əhalinin Sosial Cəhətdən Həssas Qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması

Benefisiar: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Müddəti: 2019-2024

(UNDP), (Azərbaycan Hökuməti)

7

Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi

Benefisiar: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Müddəti: 2019-2021

(UNDP), (Azərbaycan Hökuməti)

8

Azərbaycan Respublikasında İKT infrastrukturu və xidmətlərinin modernləşdirilməsi

Benefisiar: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Müddəti: 2013-2021

(UNDP), (Azərbaycan Hökuməti)

 

9

“Eu4 Climate” regional layihəsi

Benefisiar: Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Müddəti: 2019-2021

(Aİ)

10

Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi

Müddəti: 2018-2021

(Qlobal Ekologiya Fondu), (Azərbaycan Hökuməti)

11

Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəstək

Benefisiar: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Müddəti: 2020-2021

(Azərbaycan Hökuməti)

12

Milli Adaptasiya Planı çərçivəsində Azərbaycanda adaptasiyanın planlaşdırılması və həyata keçirilməsinə yardım

Benefisiar: Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Müddəti: 2020-2023

(Yaşıl İqlim Fondu)

13

Qadınların rəhbərlik etdiyi icma əsaslı təşəbbüslərə dəstək

Benefisiar: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Müddəti: 2020-2022

(Niderlan Krallığı)

14

Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi

Benefisiar: Təhsil Nazirliyi

Müddəti: 2020-2024

(Aİ)

15

Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək (gender əsaslı zorakılıq komponenti)

Benefisiar: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Müddəti: 2020-2024

(USAID)

16

UNDP-nin Azərbaycanda minatəmizləmə potensialının gücləndirilməsi və genişləndirilməsinə dəstək layihəsi

Benefisiar: ANAMA

Müddəti: 2018-2021

(Azərbaycan Hökuməti), UNDP

17

Akkselerator Laboratoriyası

Benefisiar: UNDP

Müddəti: 2019-2021

(Qatar Fondu)

← Geriyə