Beynəlxalq donorlar

  • Yenilənib 16.05.2021 14:19
  • Yaradılıb 14.04.2015 12:10

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu

 

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) 1946-cı ildə yaradılmışdır. Məqsədi ölkədə yaşayan uşaqların, xüsusilə qaçqın və məcburi köçkün uşaqların həyatının yaxşılaşdırılması və hüquqlarının müdafiəsidir. Baş ofisi Nyu York şəhərində yerləşir. İcraçı direktoru Antoni Leykdir. UNICEF dünyanın 190 ölkəsində fəaliyyət göstərir. Əsas fəaliyyət sahələri uşaqların müdafiəsi, əlillik, məktəbəqədər təhsil, səhiyyə və qidalandırma, gənclərin iştirakı və sağlamlığı, monitorinq və qiymətləndirmədir.

UNICEF Azərbaycanda fəaliyyətinə 1993-cü ildə başlamışdır. Azərbaycan üzrə Nümayəndə 2014-cü ilin 8 avqust tarixindən etibarən Edvard Karvardindir. Ölkəmizdə fəaliyyətə başladığı ilk illərdən UNICEF Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz torpaqlarından didərgin düşmüş yüz minlərlə qaçqın və məcburi köçkünlərə yardım etmək üçün və həmin tarixdən etibarən Azərbaycanda yaşayan uşaqların həyatını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan hökuməti, yerli QHT-lər və icma təşkilatları ilə tərəfdaşlıq edir. 2007-ci ildən etibarən təşkilat ana və uşaqlara birdəfəlik yardım göstərmək əvəzinə uşaqların qayğı və müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində çalışır. Bundan başqa UNICEF əlilliyi olan şəxslərin hüquqları, erkən nikahlar, ana südü ilə qidalandırma və HİV/QİÇS kimi problemlərin həlli istiqamətində çalışır.

Təşkilat Azərbaycanda  fəaliyyətini “Ölkə Əməkdaşlıq” Proqramının 2021-2025-ci illər üçün Dövri Fəaliyyət Planına əsasən həyata keçirir. Hazırda təhsil sahəsində UNICEF tərəfindən ölkəmizdə 7 layihə həyata keçirilir.

UNICEF tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:

1

Uşaq müdafiəsi və yönləndirmə sistemi

Benefisiar: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Müddəti: 2016-2021

2

Uşaqlar üçün Yuvenal Ədliyyə

Benefisiar: Ədliyyə Nazirliyi

Müddəti: 2016-2021

3

Erkən Təhsil

Benefisiar: Təhsil Nazirliyi

Müddəti: 2016-2021

4

İnklüziv Təhsil

Benefisiar: Təhsil Nazirliyi

Müddəti: 2016-2021

5

Uşaq Səhiyyə Xidmətləri

Benefisiar: Səhiyyə Nazirliyi, TƏBİB

Müddəti: 2016-2021

6

Dövlət Gənclər Proqramı

Benefisiar: Gənclər və İdman Nazirliyi

Müddəti: 2016-2021

7

Uşaq Hüquqlarının Monitorinqi

Benefisiar: İnsan Hüquqları üzrə Müvəkkilin Aparatı

Müddəti: 2016-2021

← Geriyə