Beynəlxalq donorlar

  • Yaradılıb 01.10.2012 13:12
  • Yenilənib 16.04.2019 15:36
  • Nəşr edilib 01.10.2012 13:12

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi

 

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) 3 noyabr 1961-ci ildə yaradılmışdır. Baş ofisi ABŞ-ın Vaşinqton K.D.-də yerləşir. USAID-in Administratoru vəzifəsini hal-hazırda Ueyd Uorren həyata keçirir. USAID 5 regional büro vasitəsilə dünyanın 110-a yaxın ölkəsində fəaliyyət göstərir.

Təşkilat əsasən yoxsulluğun, xəstəliklərin azaldılması, sosial-iqtisadi inkişaf, ətraf mühit, qlobal məsələlərlə bağlı əməkdaşlıq sahələrində fəaliyyət göstərir.  USAID Azərbaycan Respublikasında 1992-ci ildən fəaliyyətə başlamışdır. Həmin il Azadlığa Dəstək Aktına edilmiş 907-ci düzəliş səbəbindən əsas fəaliyyət istiqaməti humanitar yardımla məhdudlaşmışdır. Təşkilatın Azərbaycan Nümayəndəliyinin rəhbəri Caydev Sinqxdir.

USAID 2009-cu ilin 7 aprel tarixində imzalanmış “Amerika Birləşmiş Ştatlarının Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Azərbaycanda Seçilmiş Amerika Hökuməti Yardım Proqramlarının Birgə Maliyyələşdirilməsi üzrə Anlaşma Memorandumu”na əsasən Azərbaycan Hökuməti ilə müştərək 1 layihə həyata keçirilir. Həmçinin, özəl sektor USAID tərəfindən həyata keçirilən bir sıra layihələrin benefisiarı qismində çıxış edir.

USAID tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:

 

1

Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA)

Benefisiar: İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, bələdiyyələr və özəl sektor

Müddət: 2011-2019

www.usaid.gov

← Geriyə