Sahibkarların nəzərinə!

Yeni biznesini qeydiyyatdan keçirmək istəyən sahibkarları, eləcə də mikro, kiçik və orta sahibkarlıq subyetlərini elektron dövlət qeydiyyatı sistemindən daha çox istifadəyə təşviq etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə onlayn seminar təşkil olunacaq.

16 mart 2021-ci il tarixində, saat 15:00-da keçiriləcək "Elektron dövlət qeydiyyatından istifadə" mövzusunda onlayn seminarda iştirak etmək istəyənlər aşağıdakı linkdən istifadə etməklə tədbirdə iştirak edə bilərlər.

Link: https://us02web.zoom.us/j/89225780540?pwd=U3pYSlVHa1RnY0tMQzlkeUthRlJMZz09

Meeting ID: 892 2578 0540

Passcode: 912945

Əlavə məlumat üçün: 055 792 24 26