İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması, işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Ceykob Blitşteyn ilə görüşüb.
Tərəflər birgə iqtisadi fəaliyyətin potensial sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri nəzərdən keçirib, İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması, işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi, ticarət, sənaye, innovasiya və rəqəmsal sahələrdə əməkdaşlığın təşviqinə dair fikir mübadiləsi aparıblar.